"Mançester Siti" Sterlinqlə yeni müqavilə imzalaya bilər

"Mançester Siti" Sterlinqlə yeni müqavilə imzalaya bilər

İngiltərə çempionu olan "Mançester Siti" hücumçusu Rahim Sterlinqi komandada saxlamaq istəyir.

Assist.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Siti" rəhbərliyi yaxın günlərdə ingilis yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif edəcək. 

Xatırladaq ki, Sterlinq 2015-ci ilin yayında "Liverpul"dan 63.5 milyon avroya "Mançester Siti"yə tranfer olunmuşdu.

Əlavə edək ki, ingilis forvard bu mövsüm Premyer Liqada 30 oyuna 10 qol vurub və 6 məhsuldar ötürmə edib.