"Mançester Siti" səfərdə "Tottenhem"ə uduzdu

"Mançester Siti" səfərdə "Tottenhem"ə uduzdu

İngiltərə Premyer Liqasında 25-ci tura yekun vurulub. Assist.az xəbər verir ki, turun maraqla gözlənilən görüşündə "Tottenhem" doöma meydanda "Mançester Siti"ni qəbul edib. 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsilə yekunlaşıb. "Tottenhem"ə qələbə gətirən qolları 63-cü dəqiqədə Berqvijn və 71-ci dəqiqədə Heunq Min Son rəqib qapısından keçirib. 

"Şəhərlilər"in heyətində isə əvvəlcə İlkay Gündoğan 40-cı dəqiqədə penalti şansını qaçırıb. 60-cı dəqiqədə Zinçenko qırmızı vərəqə ilə cəzalandırılıb.