"Mançester Siti" 7-ci dəfə Liqa kubokunu qazandı

İngiltərə Liqa Kubokunda final görüşü keçirilib. Assist.az xəbər verir ki, "Uembli"də baş tutan həlledici qarşılaşmada "Mançester Siti" və "Aston Villa" üz-üzə gəlib. Qarşılaşma "şəhərlilər"in 2:1 hesablı qələbəsilə yekunlaşıb.


Beləliklə, "şəhərlilər" tarixində 7-ci dəfə bu titula sahib çıxıb.

 

"Mançester Siti" - "Aston Villa" - 2:1

Qollar: Serxio Aquero, 20, Rodri, 30 - Mbvana Samatta, 41