Macarıstan millisinin üzvü: "Azərbaycan yığmasını məğlub etməliyik”

Macarıstan millisinin üzvü: "Azərbaycan yığmasını məğlub etməliyik”

“Karyeramda ən çətin oyunumu keçirdiyimi deməzdim. Ən böyük səhvimiz axmaq qollar buraxmağımız oldu. Bu, bizə yaraşmır”.

Assist.az xəbər verir ki, bunu Macarıstan yığmasının futbolçusu Villi Orban AVRO-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiya kollektivinə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Almaniyanın “Leyptsiq” komandasının formasını geyinən 27 yaşlı müdafiəçi oktybarın 13-də evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri görüşün onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İndi vəziyyətdən çıxmaq üçün yaxşı hazırlaşmalı və Azərbaycan millisini məğlub etməliyik”.

Qeyd edək ki, “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.