Məşhur futbolçular haqqında 20 maraqlı məlumat

Məşhur futbolçular haqqında 20 maraqlı məlumat
1. Emmanuel Adebayor
Nigeriya əsilli Toqolu hücumçu 4 yaşına qədər gəzə bilməyib.
 
2. Manuel Neuer
Bundesliqada ən uzaq məsafədən qol vuran qapıçı Neuerdir - 73 metrdən .
 
3. Andriy Shevchenko
Trabzonspor'a tövsiyə edilib, ancaq klub prezidenti Atay Aktuğ, "Bunu almaq imkanımız var, amma Andriydan bir şey olmayacaq" deyib.
 
4. Cristiano Ronaldo
Ronaldonun ibtidai sinif müəllimi əsəbiləşib və Madeira ləhcəsi ilə danışdığı üçün onu döyüb.
QEYD: Madeira Ronaldonun anadan olduğu yerdir.
 
5. Carlos Bacca
7 il əvvəl ölkəsində pul qazanmaq üçün balıqçılıqla məşğul olub.
 
6. Lilian Thuram
Fransız müdafiəçi rəqib hücumçuları qıcıqlandırmaq üçün matçda sarımsağı bədəninə sürtərək oyunlara çıxardı.
 
7. Alessandro Nesta
Saatlarla Playstation oynayıb və sol əlinin baş barmağını yaralayıb. Əməliyyat keçirib və 4 həftə meydanlardan uzaq qalıb.
 
8. Eusebio
Portuqaliyalı əfsanəvi futbolçu Eusebio-nun qaçırdığı ilk penaltini Jose Mourinho-nun atası Felix dəf edib.
 
9. Dennis Bergkamp
Həmçinin də mexaniki mühəndisdir.
 
10. Qrafit
Braziliyalı ulduz 21 yaşına qədər küçələrdə zibil toplayaraq yaşayıb.
 
11. Rio Mavuba
Beynəlxalq miqyasda üzən bir gəmidə anadan olub. Doğum şəhadətnaməsindəki vətəndaşlıq bölməsi boşdur. 2004-cü ildə 20 yaşına çatanda böyüdüyü ölkə olan Fransanın vətəndaşı olub.
 
12. Frank Lampard
Dünyanın ən ağıllı futbolçulardan biridir. IQ tam olaraq 150-dir.
 
13. Franz Beckenbauer
Yubiley oyununda öz qapısına qol vuran yeganə futbolçudur.
 
14. Gareth Bale
"Uşaq ikən məhəllədə oynayarkən  ədalətli olmaq üçün sol ayağımdan istifadə etməyimi qadağan etdilər."
 
15. George Weah
"İlin futbolçusu" mükafatını alan ilk və yeganə Afrika futbolçusudur.
 
16. Gilberto Silva
America Mineiro-da oynayarkən, klubu az maaş verdiyi üçün bir müddət dülgər kimi işləyərək pul qazanıb.
 
17. Martin Palermo
Kolumbiya matçında qazanılan 3 penaltidən faydalana bilməyən Argentinalı 'beynəlxalq oyunda ən çox ağ nöqtədə qeyri-dəqiq olan oyunçudur'.
 
18. Petr Çex
İngilis, Portuqal, İspan, Fransız və təbii olaraq doğma Çex dilini bilir.
 
19. Rio Ferdinand
Uzun müddət televizor seyr edərkən ayaqları qəhvə masasına qoyduğu üçün tendonunu zədələdi.
 
20. Zlatan İbrahimoviç
İsveçli ulduz kiçik yaşlarında velosiped oğurladığını və futbolun onu düzgün insan etdiyini söyləyib.