Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Türkiyə millisinin üzvü Emre Belözoğlu karyerasını başa vurub.

Assist.az xəbər verir ki, Fenerbahçe-nın hücumçusu Türkiyə Superliqasının 34-cü turunda Rizespor-la görüşdə son oyununa çıxıb.

Veteran futbolçu 3:1 hesablı qələbə qazandıqları oyunda penaltini dəqiq yerinə yetirərək son oyununu qolla bitirib. Emre bu qarşılaşmadan sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Türkiyə millisində 101 oyun keçirilən Emre, Galatasaray, İnter, Atletico Madrid və Başakşehir-də də çıxış edib.