Məşhur futbolçu karyerasını başa vurdu

Məşhur futbolçu karyerasını başa vurdu

Xorvatiya millisinin hücumçusu Mario Mandzukiç karyerasını başa vurub.

Assist.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu özünün "İnstaqram" səhifəsində yazıb.

"Milan", "Yuventus", "Atletiko Madrid" və "Bayern Münxen" kimi klublarda çıxış edən Mandzukiç bir çox kubok qazanıb.

İki dəfə Xorvatiyanın ən yaxşısı seçilən ulduz futbolçu 2018-ci il dünya çempionatında gümüş medala sahib olub.