Azərbaycan millisinin rəqibi yoxlama oyunu keçirəcək

DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Azərbaycan millisinin rəqiblərindən olan Lüksemburq millisi yoldaşlıq oyunu keçirəcək.
Assist.az Lüksemburq Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Lük Holtsun rəhbərlik etdiyi kollektiv Şotlandiya ilə üz-üzə gələcək. Görüş iyunun 6-da təşkil olunacaq.
Azərbaycan millisi A qrupunun növbəti matçında səfərdə Lüksemburqla qarşılaşacaq. Sentyabrın 1-də keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. İlk 3 turdan sonra xal qazana bilməyən Canni De Byazinin komandası sonuncu pillədədir. Lüksemburq isə 3 xalla 3-cü yerdə qərarlaşıb.