"Liverpul" liderliyini möhkəmləndirdi

"Liverpul" liderliyini möhkəmləndirdi

İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub. Assist.az xəbər verir ki, turun mərkəzi görüşündə "Liverpul" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Bu qələbədən sonra xalını 34-ə yüksəldən "Liverpul" liderdir. Aktivində 25 xalı olan "Mançester Siti" isə 4-cü pillədədir.

"Liverpul" 2:0 "Mançester Siti"

Qollar: Fabinyo, 6', M. Salah, 13', S. Mane, 51' - Bernardu Silva, 78'.