Liverpool-un çempionluğu rəsmiləşdi

Liverpool-un çempionluğu rəsmiləşdi

Liverpool 30 ildən sonra futbol üzrə İngiltərə Premyer Liqasının qızıl medallarını təmin edib.

Assist.az xəbər verir ki, "qırmızılar" tarixdə 19-cu ölkə çempionluğuna sona 7 tur qalmış nail olub. Premyer Liqanın 31-ci turunda ən yaxın izləyicisi Manchester City-in Chelsea ilə səfər matçında xal itirməsi 86 xala malik Liverpool-u əlçatmaz edib. Stemford Bric stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Liverpool sonuncu dəfə 1989/1990 mövsümündə İngiltərə çempionluğunu qazanıb.