Liverpool Manchester City-yə çatdı

Liverpool Manchester City-yə çatdı

Liverpool İngiltərə Premyer Liqasının 38-ci turunda Newcastle United-ə 3:1 hesabı ilə qalib gəlib.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, bu, “qırmızılar”ın cari mövsümdə Premyer Liqada 32-ci qələbəsi olub. 38 oyunda 32 qələbə qazanan Liverpool Premyer Liqa tarixində bir mövsümdə qazanılan rekord qələbə sayında Manchester City-yə çatıb. Mersisayd klubu 2017/18 və 2018/19-cu il mövsümlərində 32 qələbə qazanan “şəhərlilər”in rekordunu təkrarlayıb.

Qeyd edək ki, Liverpool cari mövsümdə İngiltərə Premyer Liqasının qalibi olub.