Liverpool-da ağır itki

İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində Brighton-la 1:1 hesablı bərabərliyə razılaşan Liverpool itki ilə üzləşib.
Assist.az Goal.az-a istinadən xəbər verir ki, “qırmızılar”ın futbolçusu Ceyms Milner sıradan çıxıb. Oyunun 74-cü dəqiqəsində zədələnən yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və əvəzlənib. Onun əzələsindən zədə aldığı bildirilir.
34 yaşlı futbolçunun son vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.