Lionel Messi və Kriştiano Ronaldo Meksikaya gedə bilər

Lionel Messi və Kriştiano Ronaldo Meksikaya gedə bilər

Liga MX prezidenti Mikel Arriola, Lionel Messi və Kriştiano Ronaldonu Meksika Liqasına gətirmək istədiklərini açıqlayıb.

Assist.az ESPN-ə istinadən xəbər verir ki, Meksikanın futbol liqası olan "Liqa MX"in prezidenti Mikel Arriola, Lionel Messi və Kriştiano Ronaldonu Meksikaya gətirmək istədiklərini bildirib.

" Lionel Messi və Kriştiano Ronaldo üçün karyeralarının sonlarına doğru Meksika və yaxud da Amerikada oynamaq məqsədə uyğun olacaq.

Xatırladaq ki, Lionel Messinin "Barselona"  ilə müqaviləsi mövsum sonunda bitəcək. Kriştiano ronaldonun "Yuventus" ilə müqaviləsi isə 2022-ci ilə qədər davam edəcək.