Levandovski ilin ən yaxşısı seçildi

Almaniyada ilin futbolçusu müəyyənləşib.
Assist.az xəbər verir ki, "Kicker" nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında apardığı sorğunun qalibi Bayern Münich-in və Polşa millisinin hücumçusu Robert Levandovski olub. Forvard 276 xal toplayıb.
Levandovskini Bayern-dəki komanda yoldaşı Tomas Müller izləyib - 54 xal. Üçüncü yeri Münhen təmsilçisinin digər bir ulduzu Coşua Kimmix tutub - 49 xal.
Qeyd edək ki, Levandovski 2019/20 mövsümündə Bayern-in heyətində meydana çıxdığı 47 rəsmi oyunda 55 qol vurub və 10 məhsuldar ötürmə edib.