Levandovski "Bavariya"dan ayrılmaq istəyir

"Bavariya"nın təcrübəli hücumçusu Robert Levandovski klubdan ayrıla bilər.
Assist.az "Sport Bild"ə istinadən xəbər verir ki,32 yaşlı futbolçu klubun idman direktoru Hasan Salihamidziçin transfer siyasətindən razı deyil. O, İvan Perişiç kimi təcrübəli futbolçuların büdcədəki problemlər səbəbi ilə komandanın heyətində yer almaması, Duqlas Kosta və Buna Sarr kimi futbolçulara çox pul xərclənməsindən narazıdır.
Qeyd edək ki, polşalı futbolçunun "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.