"Latsio"nun gənc futbolçusu vəfat etdi

"Latsio"nun gənc futbolçusu vəfat etdi

"Latsio"nun 19 yaşlı futbolçusu Daniel Querini, keçirtdiyi avtomabil qəzasında dünyasını dəyişib.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, "Latsio"nun U-19 komandasında çıxış edən 19 yaşlı futbolçu Daniel Querini, keçirtdiyi avtomabil qəzasında dünyasını dəyişib. Gənc futbolçu dünyasını dəyişəndən sonra "Latsio" və "Fiorentina" klubları tərəfindən mesaj paylaşılıb. Mesaj da gənc futbolçunun avtomabil qəzası keçirtdiyi və ardınca dünyasını dəyişdiyi bildirilib.

Xatırladaq ki, axırıncı dəfə Daniel Querini, 21 mart tarixində "Torino"ya qarşı meydana çıxmışdı.