La Liqa klubunda koronavirusa kütləvi yoluxma

La Liqa klubunda koronavirusa kütləvi yoluxma

Athletic Bilbao-nun 6 üzvü koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçular və məşqçi heyətindən götürülən testlərdən 6-sı müsbət çıxıb. Yoluxanların adları açıqlanmayıb. Onların öz evlərində təcrid olunduğu bildirilib.

Komandanın avqustun 14-də yenidən testdən keçəcəyi qeyd edilib.