Kresponun yeni klubu müəyyənləşdi

Kresponun yeni klubu müəyyənləşdi

Dörd gün əvvəl Argentinanın Defensa y Justisia komandasından ayrılmış Ernan Kresponun yeni klubu müəyyənləşib.

Assist.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Braziliyanın San-Paulo klubuna baş məşqçi təyin olunub. Məlumatı klubun rəsmi saytı yayıb.

Argentinalı bu vəzifədə fevralın 1-də istefaya göndərilmiş Fernando Dinizi əvəzləyib.

Qeyd edək ki, Ernan Krespo daha əvvəl İtaliyada Parma və Modena, həmçinin ölkəsində Banfield-in gənclər komandasına da başçılıq edib.