Koutinyo Bayern Münich-ə qayıtdı

Koutinyo Bayern Münich-ə qayıtdı

Filip Koutinyo Bayern Münich-in heyətində məşqlərə qoşulub.

Assist.az xəbər verir ki, ayaq biləyindən əməliyyat olunan futbolçu tam sağalıb.

Müqavilə ilə Barcelona-ya məxsus olan braziliyalı yarımmüdafiəçi icarə əsasında Münhen klubunda çıxış edir. Onun Bayern-dakı gələcəyi bəlli deyil. Növbəti mövsüm komandada olmayacağı deyilirdi.

Ancaq Almaniya mətbuatı rəhbərliyin Koutinyo ilə bağlı fikrinin dəyişdiyini yazır. Məşqçilər heyətinin futbolçu ilə bir il daha çalışmaq istədiyi bildirilir.