Konte - Anyelli insidentinin araşdırılmasına başlanıldı

Konte - Anyelli insidentinin araşdırılmasına başlanıldı

İtaliya Futbol Federasiyasının prokuroru Cuzeppe Kine İnter-in baş məşqçisi Antonio Konte ilə Juventus-un prezidenti Andrea Anyelli arasındakı insidentlə bağlı araşdırmalara başlayıb.

Assist.az xəbər verir ki, hər iki şəxsin cəzalandırılacağı gözlənilir.

Onlar iki komanda arasında qolsuz heç-heçə ilə başa çatan ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra bir-birilərini təhqir ediblər. Əvvəlcə Anyelli Kontenin ünvanına xoşagəlməz ifadələr işlədib. İtaliyalı mütəxəsiss isə ona ədəbsiz jestlə cavab verib.

Qeyd edək ki, iki oyunun nəticəsinə (2:1) görə Juventus" adını finala yazdırıb. "Qoca sinyora" həlledici görüşdə Atalanta ilə qarşılaşacaq.