Kobe Braynt helikopter qəzasında həyatını itirdi

Kobe Braynt helikopter qəzasında həyatını itirdi

İdman dünyasını yasa bürüyən ölüm hadisəsi baş verib.

Assist.az xəbər verir ki, Milli Basketbol Assosasiyasında "Los-Anceles Leykers"də forma geyinmiş Kobe Braynt vəfat edib. Amerikalı idmançı helikopter qəzasında dünyasını dəyişib. Əfsanəvi idmançını aparan helikopter Kaliforniyada qəzaya uğrayıb. Brayntla yanaşı, daha 4 insan vəfat edib. 

"La Times"ın məlumatına görə, Kobe "Los-Anceles Leykers"in matçını izləməkdən qayıdırmış. O, arenada qızı Canna ilə birgə görünmüşdü. Ehtimallara görə, onun qızı da vəfat edənlərdən biridir.

1996-cı ildən “Los Anceles Leykers”də çıxış etmiş basketbolçu 5 dəfə MBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010). Kobe ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionluğu yaşayıb. (2008, 2012). 41 yaşlı basketbolçu karyerasını 2016-cı ildə bitirmişdi.