Klublararası dünya çempionatının qalibi müəyyənləşdi

Klublararası dünya çempionatının qalibi müəyyənləşdi

Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.

Assist.az xəbər verir ki, finalda Almaniyanın Bayern Münich və Meksikanın Tigres komandaları üz-üzə gəlib.

Education City stadionunda baş tutan qarşılaşma Münhen klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Avropa təmsilçisinə tarixində 2-ci dünya çempionluğunu qazandıran qolu 61-ci dəqiqədə Benjamin Pavar vurub.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Braziliyanın Palmeiras klubunu məğlub edən Misirin Al Ahhli komandası turnirin bürünc medallarına sahib çıxıb.