Klopp Qvardiolanı ələ saldı

UEFA-nın məşqçilər üçün təşkil etdiyi konfransdan öncə "Liverpul"un çalışdırıcısı Yurgen Klopp jurnalsitlərin suallarını cavablandırarkən maraqlı anlar yaşanıb. Assist.az xəbər verir ki, almaniyalı mütəxəssisə müxbir "Pepe ilə danışırsınız?" sualını verib. "Pepe kimdir?", - deyən Klopp "Pepe yox, Pep Qvardiola" söyləyərək jurnalistə cavab verib.

Suala cavab verərkən Klopp arxadan Pep Qvardiolanın gəldiyini görüb və "Qvardiola gəlir" deyərək, astadan qaçıb.