Kilian Mbappe Çempionlar Liqası tarixində yeni uğura imza atdı

Kilian Mbappe Çempionlar Liqası tarixində yeni uğura imza atdı

UEFA Çempionlar Liqasının 1/4 finalının birinci matçında Almaniyanın "Bavariya" komandası Fransa təmsilçisi "Pari Sen-Jermen"lə görüşüb.

Assist.az xəbər verir ki, matç Münhendə "Alyans Arena" stadionunda təşkil olunub və parislilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin heyətində Kilian Mbappe dublunu rəsmiləşdirib, digər qolun müəllifi isə Markinos olub. “Bavariya”nın heyətində Erik Şupo-Motinq və Tomas Müller diqqət mərkəzinə düşüb.

UEFA-nın tvitterdəki səhifəsində bildirildiyi kimi, “parislilər”in hücumçusu Kilian Mbappe bu matçda Çempionlar Liqasının rekorduna imza atıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.

 Bu, Mbappenin növbəti uğurudur. Daha əvvəl o, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu adına sahib çıxıb.