Kevin De Bruyne "Mançester Siti"də qalacaq

Kevin De Bruyne "Mançester Siti"də qalacaq

"Mançester Siti" klubunun yarım müdafiəçisi Kevin De Bruyne müqaviləsini 2025-ci ilə qədər uzatdı.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki,  Kevin De Bruyne klubda xoşbəxt olduğunu və buna görə də müqaviləni uzatdığını bildirib:

"2015-ci ildə "Mançester Siti"yə keçdim və burada xoşbəxtəm.Bura mənim evimdir. Azarkeşləri çox sevirəm və ailəmdə burada yaşayır. Bu klub uğur qazanmaq üçün oynayır və burada mənə lazım olan hər şey var. Bu səbəblərə görədə yeni müqavilə imzalayıram. Qvardiolla ilə münasibətimiz yaxşıdır. Çünki fikirlərimiz üst-üstə düşür. İndi tək hədəfim mövsümün geridə qalanını yaxşı bitirməkdir".

Xatırladaq ki, Kevin De Bruyne 2015-ci ildə Almaniyanın "Volfsburq" klubundan "Mançester Siti" klubuna transfer olunmuşdu.