"Keşlə" - "Sabah" matçında qalib müəyyənləşməyib

"Keşlə" - "Sabah" matçında qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasının 23-cü turunda "Keşlə" və "Sabah"ı qəbul edib.

“Assist.az” xəbər verir ki “ASK Arena"da təşkil olunan qarşılaşmada sükut pozulmayıb. Bu nəticədən sonra "Sabah" 21 xalla 7-ci, "Keşlə" 20 xalla 8-ci pillədə qalıb. Açılış matçında "Səbail" - "Qarabağ" la üz-üzə gəlib. Bu görüşdə də qalib müəyyənləşməyib - 1:1. "Sumqayıt" isə "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib. Tura saat 20:15-də başlanacaq "Neftçi" - "Zirə" oyunu ilə yekun vurulacaq.