Kakanın “Milan”dakı uğurunu kotdivuarlı yarımmüdafiəçi təkrarladı

Kakanın “Milan”dakı uğurunu kotdivuarlı yarımmüdafiəçi təkrarladı

“Milan” İtaliya A Seriyasının 30-cu turunda “Parma”nı məğlub edib.

“Assist.az” xarici mediaya istinadən xəbər verir ki,  3:1 hesabıyla bitən görüşdə qol vuran kotdivuarlı Frank Kessye yeni uğura imza atıb. Belə ki, Kessye 2008/09 mövsümündən sonra A Seriyasında 30 oyuna 10 qol vuran ilk yarımmüdafiəçi olub. Daha əvvəl bunu bacaran Kaka olmuşdu. Braziliyalı keçmiş yarımmüdafiəçi 2008/09 mövsümündə A Seriyasının ilk 30 matçında 10 qol vurmuşdu.

Kessye bu mövsüm “Milan”la ümumilikdə 42 oyunda iştirak edib və 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.