“Kəpəz” məğlub oldu, “Zaqatala” səfərdə qalib gəldi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 22-ci tur başa çatıb.
“Assist.az” xəbər verir ki, ilk oyun günündə bir matç təşkil olunub. “Keşlə”nin əvəzedici komandası “Sabah-2″ ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3-0 hesablı inamlı qələbəsiylə yekunlaşıb .
“Neftçi”nin əvəzedici komandası səfərdə “Sumqayıt-2″nin qapısından 4 cavabsız top keçirib. “Turan Tovuz”un qonağı olan “Qaradağ Lökbatan” isə rəqibini son dəqiqə qolu ilə məğlub edib 1-2.
Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Kəpəz” doğma meydanda MOİK-ə 1-3 hesabı ilə uduzub. “Zaqatala” isə səfərdə “Qarabağ”ın əvəzedici komandası ilə üz-üzə gəlib. Daha üstün oyun nümayiş etdirən qonaqlar qalib gəliblər 1-2. Bu qələbədən sonra “Zaqatala” zirvədəki mövqeyini qoruyub.
22 turdan sonra yarış cədvəlində vəziyyət belədir.