Juventus və Arsenal-ın sabiq futbolçusu karyerasını bitirdi

Juventus və Arsenal-ın sabiq futbolçusu karyerasını bitirdi

İsveçrə millisinin sabiq müdafiəçisi Stefan Lixtştayner karyerasını bitirib.

Assist.az Goal.az-a istinadən, xəbər verir ki, bu haqda İsveçrə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, 36 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Lixtştayner 2011-2018-ci illərdə Juventus-da heyətində çıxış edib və 7 dəfə İtaliya çempionu olub. O, 2018-2019-cu illər mövsümündə Arsenal-ın, 2019-2020-ci illər mövsümündə isə Augsburg-un formasını geyinib.