Juventus-da şok itki

Juventus-da şok itki

Juventus ciddi itkiylə üzləşib.

Assist.az Goal.az-a istinadn  xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala zədələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının 36-cı turunun Sampdoria ilə matçında (2:0) zədələnən Dibalanın ən tezi 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir.

Argentinalı yarımmüdafiəçinin Çempionlar Liqasının Lyon-la matçında da iştirakı sual altındadır.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Juventus – Lyon matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada baş tutan qarşılaşmada Lyon minimal hesablı qələbə qazanıb – 1:0.