Avropa çempionu "Milan"a vida etdi

Avropa çempionu "Milan"a vida etdi

İtaliya milli komandasının futbolçusu Canluici Donnarumma "Milan" klubu ilə vidalaşıb.

Assist.az xəbər verir ki, 22 yaşlı futbolçu bununla bağlı "instagram" hesabında paylaşıb edib. Donnarumma "Milan"la müddəti bitən müqaviləsini yeniləməyib. 

Donnarummanın yaxın zamanda Fransanın PSJ klubu ilə rəsmi sözləşmə imzalayacağı gözlənilir. 

Qapıçı İtaliya yığması ilə AÇ-2020-nin qalibi olub. O, həm də turnirin ən yaxşı futbolçusu mükafatını qazanıb.