İtaliya klubunda koronavirus şoku

İtaliya klubunda koronavirus şoku

Parma-nın bir futbolçusunda koronavirus aşkarlanıb.

Assist.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda üzvləri arasında koronavirus testinin keçirildiyi və bir nəfərin nəticəsinin pozitiv olduğu bildirilib. Həmin şəxsin adı açıqlanmır. Xəstəliyin simptomlarını hiss etməyən futbolçu karantinə alınıb.

Həmin şəxs istisna olmaqla komanda məşqlərini davam etdirib.