İnter Sançesin müqaviləsini uzadır

İnter Sançesin müqaviləsini uzadır

İnter hücumçu Aleksis Sançeslə icarə müddətini daha bir il uzatmaq niyyətindədir.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, xəbər verir ki, İtaliya klubu oyunçunun müqavilə ilə məxsus olduğu Manchester United-ə danışıqları davam etdirir. Çilili hücumçunun İnter-lə hazırkı sözləşmə müddəti avqustun 5-də tamamlanır.

Qeyd edək ki, 31 yaşlı forvard cari mövsüm Milan təmsilçisinin heyətində 27 oyun keçirib və 4 qol vurub. Sançesin aktivində 10 məhsuldar ötürmə var.