İnter oyunçusunu Agüero ilə dəyişmək istəyir

İnter oyunçusunu Agüero ilə dəyişmək istəyir

İnter müdafiəçisi Milan Şkrinyarla yollarını ayıra bilər.

Assist.az xəbər verir ki, rəhbərlik oyunçunu Manchester City-nin forvardı Kun Serxio Agüero ilə dəyişməyi də düşünür.

Bildirilir ki, İnter 25 yaşlı futbolçunu satmaq niyyətindədir. Real Madrid və Manchester City-nin müdafiəçiyə təklif göndərdiyi bildirilir. “Şəhərlilər” transferdə bir addım öndədir.

Çünki A Seriyası təmsilçisi argentinalı forvard Agüeronu rənglərinə bağlamaq niyyətindədir. Əgər tərəflər razılığa gəlsə, slovakiyalı futbolçu bu transferdə istifadə oluna bilər.

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən İnter-in formasını geyinir.