İnter-dən Liverpool-a

İnter-dən Liverpool-a

İnter-in futbolçusu Lautaro Martinez karyerasını İngiltərədə davam etdirə bilər.

Assist.az xəbər verir ki, 23 yaşlı hücumçu ilə Liverpool klubu maraqlanır.

İnter Martinezə hələ yeni müqavilə təklif etməyib. Liverpool bu vəziyyətdən istifadə edərək, argentinalı hücumçunu heyətinə qata bilər.

Qeyd edək ki, İnter-lə müqaviləsi 2023-cü ilin yayına qədər olan Martinez, bu mövsüm A Seriyasında 36 oyunda 16 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.