İngiltərə Premyer Liqasında lider dəyişdi

İngiltərə Premyer Liqasında lider dəyişdi

İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış matçı keçirilib.

 

Assist.az xəbər verir ki, turnir cədvəlində liderlik baxımından olduqca əhəmiyyətli olan qarşılaşmada "Mançester Siti" "Mançester Yunayted"in qonağı olub.

 

Görüş qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xallarını 89-a çatdıran "Mançester Siti" liderliyə yüksəlib.

 

Ⅶ5-ci tura qədər lider olan "Liverpul" isə 88 xalla 2-ci pilləyə enib. İlk 4-lüyü 70 xalı olan "Tottenhem" və 67 xala sahib"Çelsi" tamamlayır. Aktivində 64 xalı olan "Mançester Yunayted" isə 6-cıdır.

 

"Mançester Yunayted" - "Mançester Siti" 0:2

Qollar: Bernardu Silva, 54,  Leroy Sane, 66