İngiltərə millisinin iki futbolçusu irqçi təhqirlərə məruz qalıb

İngiltərə millisinin iki futbolçusu irqçi təhqirlərə məruz qalıb

İngiltərə millisinin futbolçuları Rahim Sterlinq və Cud Bellingem irqçi təhqirlərə məruz qalıb.

Assist.az xəbər verir ki, 2022-ci il Dünya Çempionatının seçmələri çərçivəsində İngiltərə və Macarıstan milliləri arasında olan qarşılaşma zamanı Macarıstan millisinin azarkeşləri ulduz futbolçuları meymun adlandırıblar. 

Daha sonra plastik qablar ataraq irqçilik nümayiş etdiriblər. Xoşagəlməz hadisədən dolayı İngiltərə Futbol Assosiasiyası azarkeşlərin irqçilik nümayiş etdirməsi səbəbi ilə FIFA-ya müraciət edəcəklərini açıqlayıb.

Qeyd edək ki, İngiltərə və Macarıstan milliləri arasında olan qarşılaşma İngiltərə yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.