İngiltərə Federasiya kubokunun qalibi müəyyənləşdi

İngiltərə Federasiya kubokunun qalibi müəyyənləşdi

İngiltərə Federasiya kubokunun finalı keçirilib.

 Assist.az xəbər verir ki, "Uembli"də keçirilən həlledici görüşdə 2 London təmsilçisi - "Arsenal" və "Çelsi" qarşılaşıblar. Matç "topçular"ın 2:1 hesablı qələbəsilə yekunlaşıb.

 Bu nəticə ilə Arsenal Avropa Liqasına vəsiqə qazanıb. "Topçular" mübarizəyə birbaşa qrup mərhələsindən başlayacaqlar.

 

"Arsenal" - "Çelsi" - 2:1

Qollar: Pyer-Emerik Obameyanq, 28 (pen.), 67 - Kristian Pulişiç, 5

Qırmızı vərəqə: Mateo Kovaçiç, 73