İmmobile gələcək karyerası ilə bağlı qərarını verdi

İmmobile gələcək karyerası ilə bağlı qərarını verdi

"Lazio”nun forvardı Çiro İmmobile gələcək karyerası ilə bağlı danışıb.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, o, paytaxt təmsilçisindən ayrılmaq istəmədiyini açıqlayıb.

O bildirib ki, karyerasının sonuna qədər “Lazio”da qalmaq istəyir. Futbolçunun komandası ilə 2025-ci ilə kimi sözləşməsi var.

Cari mövsüm A Seriyasında 36 qol vuran İmmobilenin “Napoli”yə keçəcəyi iddia edilirdi. (matc)