İdman haqqında maraqlı faktlar

İdman haqqında maraqlı faktlar

Assist.az idman haqqında 20 ən maraqlı faktı sizə təqdim edir:

1. Boks idman növü kimi 1900-cu ildən tanınıb.
2. Braziliya yığma komandası futbol üzrə dünya çempionatlarının hamısında iştirak edib.
3. Milli Hokkey Liqasının 1970-80-cı il çempionatının" Ən gənc və yararlı oyunçu" tituluna 19 yaşlı 
Ueyen Qretski layiq görülüb.
4. Dzyüdo idmanında çoxlarının bildiyi kimi 10 dan yox, 12 dan mövcuddur. Sadəcə olaraq 11- ci dan kateqoriyasını heç kəs ala bilməyib. 12 -ci dan isə bu idman növünün yaradıcısı Ciqaro Konoya verilib.
5. 1936-cı ildə Berlində hokkey yarışında, qapıçı maskasından yaponiyalı qapıçı Tanaki Xoimo istifadə edib.
6. Mayk Tayson peşəkar rinqdəki 51 döyüşünün 21-ni birinci hissədə nokautla başa çatdırıb.
7. Stolüstü tennis topunun çəkisi 2.5 qramdır.
8. "Stenli Kuboku"nun qaliblərinə kubokun nüsxəsi təqdim olunur.Əsl kubok isə Torontodakı hokkey şöhrəti zalında saxlanılır.
9. Voleybolçunun zərbəsindən sonra topun sürəti 130 km/saat olur. Hokkeyçinin zərbəsindən sonra isə şayba 160 km/saat sürətlə uçur.
10. NBA oyunçularının 30%- nin bədənində döymələr olur.
11. MXL -da ən erkən qol üçüncü saniyədə vurulub.
12. Hesablamalara görə hokkeyçilərin 68 %-i hokkey oyunu zamanı dişlərinin birini itirirlər.
13. 1976-cı ildə futbol üzrə Avropa Çempionatının final oyununda Almaniya yığmasının oyunçusu Frans Bekkenbauer 100-cü oyununa çıxmışdır.
14. Futbol üzrə Vatikan yığma komandası tarixində cəmi bir dəfə Monako yığması  ilə oyun keçirib: 0:0.
15. Çempionlar Liqasının qalibi ən çox Madrid "Real"ı olub: 9 dəfə.
16. Dünyanın ən ucaboylu basketbolçusu çinli Sun Minmindir. Onun boyu 236 sm, çəkisi 152 kq-dır.
17. Şahmat oyununun ilk on gedişində 170 000 000 000 000 000 000 000 000 oyun variantı var.
18. 1936-cı ildə stolüstü tennis turnirində polşalı Aleks Enrlix və rumın Panet Farkaş arasındakı ilk oyun 2 saat 12 dəqiqə davam edib.
19. Ən gənc idmançı yamaykalı Cey Foster 1958-ci ildə çempion titulunu qazandı. O zaman onun cəmi 8 yaşı vardı.
20. Futbol tarixində ən erkən qolun müəllifi Səudiyyə Ərəbistanının gənclərdən ibarət "Əl Hilal" klubunun hücumçusu Navafa əl Abedadır. O, matçın 2-ci saniyəsində fərqlənib.