Harri Keyn "Totenxem"dən gedə bilər

Harri Keyn "Totenxem"dən gedə bilər

"Totenxem"in hücumçusu Harri Keyn, İngiltərə Millisinin düşərgəsində jurnalistlərin suallarını cavablandırıb.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Harri Keyn, klubdaki gələcəyi ilə bağlı açıqlamalar verib:

"Məncə bu suala cavab vermək üçün çox tezdir. İndi bütün diqqətimi milli komandaya və mövsümün geri qalanında "Totenxem"ə ayırmışam. Yay da oynayacağımız Avropa Çempionatına köklənmişəm. Mətbuat da yayılan xəbərlərə fikir versəm, bu performansıma mənfi təsir göstərər. Nələr olacağını gələcək göstərəcək."

Qeyd edək ki, Harri Keyn "Totenxem" ilə kubok qazana bilməyib.