Hakan Çalhanoğlu "Milan"dan gedə bilər

Hakan Çalhanoğlu "Milan"dan gedə bilər

Hakan Çalhanoğlu mövsüm sonu bitəcək müqaviləsini yeniləməyə bilər.

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, "Milan" klubunun futbolçusu Hakan Çalhanoğlu rəhbərliyin təqdim etdiyi illik dörd milyon avro maaşa razı deyil. Hakan Çalhanoğlu "Milan" rəhbərliyindən illik beş milyon avro tələb edir. Əgər razılıq əldə olunmasa "Yuventus", "Çelsi" və "Arsenal" klubları Hakan Çalhanoğluya təklif göndərəcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu bütün turnirlər daxil olmaqla çıxdığı 34 oyuunda 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.