Haaland Bundesliqaya het-triklə başladı

Almaniya Bundesliqasında 18-ci turun görüşləri davam edir.

Assist.az xəbər verir ki, Dortmund "Borussiya"sı səfərdə "Auqsburq"u 5:3 hesabı ilə məğlub edib. Qonaqların heyətində debüt oyununa çıxan Erlinq Brpyt Haland het-trik edib.

Turnir cədvəlinə 40 xalla "Leyptsiq" başçılıq edir. Münhenqladbax "Borussiya"sı 35 xalla 2-cidir. "Bayern", Dortmund "Borussiya" və "Şalke" 33 xalla 3-cü, 4-cü və 5-ci yerləri bölüşdürür.

 

"Auqsburq" - "Borussiya" - 3:5

Qollar: Florian Niderlexner, 34, 55, Marko Rixter, 46 - Yulian Brandt, 49, Erlinq Brpyt Haland, 59, 70, 79, Ceydon Sanço, 61