Həbib Nurmagomedovun atasının vəziyyəti ağırdır

Həbib Nurmagomedovun atasının vəziyyəti ağırdır

Dağıstanın qarışıq döyüş sənətləri idmançısı Xabib Nurmagomedov yeni  növ koronavirus (COVİD-19) xəstəliyinə tutulan atası və məşqçisi Abdulmanap Nurmagomedovun vəziyyətinin kritik olduğunu bildirib.
 

Assist.az xəbər verir ki, İnstaqram hesabında paylaşım edən 31 yaşlı idmançı "İnternetdə atam haqqında çox şey yazılıb. O, hazırda xəstəxanadadır. Vəziyyəti kritikdir. Virus keçən il ürəyindən əməliyyat keçirdiyinə görə ürəyinə təsir edib. İndi başqa bir əməliyyat keçirib. Allaha dua edirik ki, onu bizə qaytarsın".

"Qohumlarımdan 20-dən çoxu reanimasiya şöbəsində idi. Onların çoxu hazırda aramızda deyil. Bir çox dostumuzu itirdik. Hər kəs üçün çətin günlər oldu" deyə bildirib.