Galatasaray ulduz futbolçusuyla yollarını ayırdı

Galatasaray ulduz futbolçusuyla yollarını ayırdı

Galatasaray futbolçusu Yunes Belhanda ilə yollarını ayırıb.

Assist.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin sözləşməsi tək tərəfli ləğv edilib. "Sarı-qırmızılar" Belhandanın klubun imicinə xələl gətirən açıqlamalar verdiyini bildirib. Klub sözləşmənin haqlı səbəbdən ləğv olunduğunu vurğulayıb.

Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən Galatasaray-da çıxış edib. O, iki dəfə Türkiyə Super Liqasının qalibi olub. Futbolçunun müqaviləsi yayda başa çatmalı idi.