Galatasaray Musleranın əvəzləyicisini tapdı

Galatasaray Musleranın əvəzləyicisini tapdı

Sevilla-nın qapıçısı Serxio Riko karyerasını Türkiyədə davam etdirə bilər.

Assist.az xəbər verir ki, Galatasaray Rikonun xidmətində maraqlıdı. "Sarı-qırmızılar"ın rəhbərliyi 26 yaşlı qolkiperi uzun müddətə sıradan çıxan Fernando Musleranın əvəzedicisi hesab edir.

Riko 2019-2020 mövsümünü icarə əsasında PSG-də keçirib. 8 matçda meydana çıxan ispan qapıçı 6 qol buraxıb.