Galatasaray-da yeni müqavilə

Galatasaray-da yeni müqavilə

"Galatasaray” müqaviləsinin müddəti başa çatan futbolçusu Rayan Donkla bağlı qərarını verib.

Assist.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Bildirilir ki, niderlandlı oyunçu klubla danışıqlardan sonra maaşında 40 faiz endirim edilməsinə razı olub.

Qeyd edək ki, R.Donk İstanbul təmsilçisinə 2016-ci ildə “Kasımpaşa”dan keçib.