Futbol tarixində görünməyən olay

Almaniya Bundesliqasının 24-cü turu çərçivəsində keçirilmiş "Hoffenhaym" - "Bayern" matçında maraqlı hadisələr yaşanıb. Assist.az xəbər verir ki, hər iki komandanın futbolçuları son 13 dəqiqədə mübarizə aparmayıblar. Buna səbəb "Bayern"in azarkeşlərinin səsləndirdiyi şüarlar və açılmış pankartlar olub. Qonaq fanatlar "Hoffenhaym"ın prezidentini də təhqir ediblər.

 

Futbolçular azarkeşlərə etiraz olaraq mübarizə aparmayıblar. Qarşılaşma Münhen klubunun 6:0 hesablı qələbəsilə yekunlaşıb.