Fransa klubunun prezidenti xərçəng xəstəliyinə tutuldu

Fransanın Rennes klubunun prezidenti Nikolas Holveck xərçəng xəstəliyinə tutulub.
Assist.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
50 yaşlı funksioner ötən həftə tibbi müayinədən keçib. O, xəstəxanaya yerləşdirilməyib və vəzifəsinin icrasını tam yerinə yetirəcək