Formula 1 komandaları üçün pis xəbər! Büdcələr azalacaq.

Formula 1 komandaları üçün pis xəbər! Büdcələr azalacaq.

Corona virusunun yayılması səbəbindən bir çox idman təşkilatı maddi cəhətdən yaralanmışdır. Formula 1 bu idman növlərindən biridir.2020 təqviminin demək olar yarısı virus səbəbilə işə yaramadı. Qalan yarışlar qeyri-müəyyən olaraq qalır. Formula 1 komandalarına daha bir pis xəbər gəldi. Gələn mövsümdən başlayaraq komanda büdcələri azalacaq.

Dünyadakı idman təşkilatlarının təxirə salınmasına və ya ləğv edilməsinə səbəb olan corona virusu da Formula 1-i iqtisadi cəhətdən vurdu.Təqvimin yarısının təxirə salınmasından sonra komandaların artıq büdcə məhdudiyyətinin olacağı öyrənildi.

Davamlı şəkildə büdcələr düşəcək.
Formula 1 komandaları ilə görüşlərdən sonra 2021 mövsümündən başlayaraq komandaların büdcə məhdudiyyətləri mütəmadi olaraq azalacaq.

Buna əsasən, komandalar 2021-ci ildə 145 milyon dollar, 2022-ci ildə 140 milyon dollar və 2023-cü ildə 135 milyon dollar xərcləyə biləcəklər. Formula 1-də mübarizə aparan komandalardan kifayət qədər dəstək almış bu qərarın qısa müddət ərzində qüvvəyə minəcəyi və komandalar tərəfindən tətbiq ediləcəyi gözlənilir.